“Rusiyanın “İsgəndər M” raketləri ilə bağlı sualları cavabsız qoyması iki ölkə arasındakı münasibətlərə xələl bilərbackend

“Rusiyanın “İsgəndər M” raketləri ilə bağlı sualları cavabsız qoyması iki ölkə arasındakı münasibətlərə xələl bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Şuşada aşkar edilən İsgəndər-M raketləriylə bağlı danışıb. Prezident qeyd edib ki, Rusiyaya verdiyi suallara hələ ki, tam cavab verilməyib:

“Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir”, – Rusiya Müdafiə Nazirliyindən aldığı məktub barədə danışan İlham Əliyev deyib. Onun sözlərinə görə, bu Azərbaycanın sorğusuna tam cavab deyil. Çünki əsas sual bu idi ki, İsgəndər-M raketləri Ermənistanın əlinə necə düşüb?

Prezidentin sözügedən məsələ ilə bağlı müsahibəsindən TİA.AZ-a danışan deputat Elman Nəsirov bildirib ki, prezident İlham Əliyevin suallarına Rusiya tərəfi mütləq şəkildə cavab verməlidir:
“Azərbaycanla Rusiya arasındakı münasibətlərin xarakteri elədir ki, bu kimi suallara mütləq şəkildə cavab verilməlidir. Əgər həmin silahlar qaçaqmalçılıq yolu ilə Ermənistana keçibsə, o zaman cinayətkarlar cəzalandırılmalıdır. Yox əgər qaçaqmalçılıq deyilsə, bu, artıq beynəlxalq hüquq pozuntusu hesab olunur. İstənilən halda Rusiya bu suallara cavab verməlidir. Düşünürəm ki, bu cavab mütləq şəkildə olacaq, çünki iki ölkə arasındakı münasibətlər məsələyə aydınlıq gətirilməsini labüd edir. Əgər verilən bu suallara Rusiya tərəfi cavab verməsə, sözügedən məsələ iki ölkə arasındakı ümumi münasibətlərin ruhuna xələl gətirə bilər.”

TİA.AZ