“Rusiyanın hərbi itkiləri 40 minə çatır” – Ukrayna Baş Qərargahıbackend

“Rusiyanın hərbi itkiləri 40 minə çatır” – Ukrayna Baş Qərargahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 39 870 hərbçisi məhv edilib”.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 737 tank, 3 959 zirehli döyüş maşını, 880 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 189 helikopter, 722 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 835 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.