Rusiya fövqəladə hallar nazirinin həlak olmasının təfərrüatı məlum oldubackend

Rusiya fövqəladə hallar nazirinin həlak olmasının təfərrüatı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümü ilə bağlı detallar məlum olub.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, nazir məşhur rusiyalı kinorejissor Aleksandr Melniki xilas etmək istəyərkən faciəvi şəkildə həlak olub.

Belə ki, sənədli film çəkilişləri üçün Norilskə gələn A.Melnikin ayağı sürüşüb və o, suya yıxılıb.

Bu zaman nazir onun həyatını xilas etmək üçün suya atılıb, lakin daşa çarpılıb.

Nəticədə həm Y.Ziniçev, həm də rejissor A.Melnik həlak olublar.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Y.Ziniçevin yaxınlarına başsağlığı verib.