Rusiyanın “Exo Moskvı” radiostansiyası bağlandı (TƏFƏRRÜAT)backend

Rusiyanın “Exo Moskvı” radiostansiyası bağlandı (TƏFƏRRÜAT)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Exo Moskvı” ZAO-nun direktorlar şurası səs çoxluğu ilə radionun və onun saytının ləğvi barədə qərar qəbul edib.
Qaynarinfo “Nezavisimaya qazeta”ya istinadla xəbər verir ki, bu barədə bu gün stansiyanın baş redaktoru Aleksey Venediktov bildirib.
“Exo Moskvı”nın direktorlar şurasının səs çoxluğu ilə radiokanalın və “Exo Moskvı” saytının ləğvi barədə qərar qəbul edilib”, – o, Telegram kanalında yazıb.
“Qazprom-Media” holdinqinin mətbuat xidməti bu məlumatı TASS-a təsdiqləyib.
Xatırladaq ki, dünən “Exo Moskvı” radio qrupunun rəsmi səhifəsi olan “VKontakte” sosial şəbəkəsi Rusiya Federasiyası Baş Prokurorluğunun tələbi ilə bloklandığını xəbər verimişdiok. Bundan əlavə, “Dojd” telekanalı (Rusiya Federasiyasında xarici agent kimi tanınır – red.) “Vkontakte” sosial şəbəkəsindəki səhifəsinin də analoji əsaslarla bloklandığını açıqlamışdı.
Xatırladaq ki, ondan bir qədər əvvəl RF Baş Prokurorluğu “Exo Moskvı” və “Dojd”un informasiya resurslarına girişin məhdudlaşdırılmasını tələb etmişdi.
Departamentin rəsmi press-relizində qeyd edilmişdi ki, bu KİV-lər “saytlarda ekstremist fəaliyyətə, zorakılığa çağırışlar, habelə Rusiya hərbçilərinin DXR və LXR-in müdafiəsi və mühafizəsi üzrə xüsusi əməliyyat çərçivəsində hərəkətləri ilə bağlı qəsdən yalan məlumatlar yerləşdirirlər”.
Bununla belə, prokurorluq mətndə həmin qəbildən olan materiallara dair heç bir nümunə göstərməmişdi.
Eyni zamanda, prokurorluq Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsinə, Roskomnadzor və Qazprom-Media-ya qanun pozuntularının, habelə onlara əsas verən səbəb və şərtlərin dərhal aradan qaldırılması, materialların söndürülməsi təklifi ilə müraciət edib, – bu haqda “İnterfaks”ın yaydığı məlumatda deyilirdi.