Rusiyanın enerji sənayesini hədəf alan ilk AB sanksiyası qəbul edildibackend

Rusiyanın enerji sənayesini hədəf alan ilk AB sanksiyası qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Avropa Birliyi ölkələri Rusiyanın Ukraynadakı müharibəsinə qarşılıq olaraq bu ölkəyə qarşı növbəti 5-ci seriya sanksiya barədə razılığa gəliblər.
Bu barədə TİA.AZ Euronews saytına istinadən xəbər verir.
Rus ordusunun Kiyev ətrafında törətdiyi qətliamlardan sonra Rusiyadan kömür idxalına embarqo qoyulmasına qərarı verilib.
Kömür embarqosu Rusiyanın enerji sənayesini hədəf alan ilk Avropa Birliyi sanksiyasıdır. Birlik həmçinin Rusiyanın neft sənayesinə də yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Avropa Komissiyası rəhbəri Ursula Von Der Leyen növbəti addım kimi neftlə bağlı məsələyə baxdıqlarını və neft idxalını dayandıracaqlarını bildirib.
Yeni sanksiya paketi çox əhəmiyyətlidir və yeni oliqarxları, təbliğat, hərbi təhlükəsizlik və yüksək texnologiya ilə əlaqələri olan rəsmiləri də əhatə edir.