Rusiyanın ən zəngin adamları məlum olub – TOP-5backend

Rusiyanın ən zəngin adamları məlum olub – TOP-5

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyarder Vladimir Potanin Rusiyanın ən zəngin adamı olub.

TİA.AZ-ın məlumatına görə, bu barədə “Forbes” jurnalı yazır.

Qeyd olunur ki, “Nornikel”in ortaq sahibinin sərvəti 30 mlrd. ABŞ dolları ötüb. Bu, Rusiya sahibkarları arasında tarixi bir rekorddur.

Potaninin sərvətinin böyüməsi “Nornikel”in səhmlərinin kotirovkalarının artması ilə təmin edilir.

“Forbes”un məlumatına görə, Rusiyanın 5 ən zəngin insanı sırasında həmçinin Aleksey Mordaşov və ailəsi (28,5 mlrd. dollar), Vladimir Lisin (26 mlrd. dollar), Leonid Mixelson (25,2 mlrd. dollar) və Gennadi Timçenko (22,3 mlrd. dollar) yer alıblar.