RUSİYANIN DAHA BİR TƏYYARƏSİ VURULDU – Dinc əhalini bombalayırdıbackend

RUSİYANIN DAHA BİR TƏYYARƏSİ VURULDU – Dinc əhalini bombalayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələri 54-cü mexanikləşdirilmiş briqadasının əsgərləri ölkənin Donetsk vilayəti istiqamətində Rusiyanın “Su-25” qırıcı təyyarəsini vurublar.
TİA.AZ bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Bu gün, martın 4-də Ukrayna Hava Hücumundan Müdafiə Birliyinin Qüvvələri Volnovaxa şəhəri səmasında düşmənin “Su-25″ qırıcısını vurub. Bu təyyarə dinc sakinlərin yaşayış binalarını və mülki infrastrukturları bombalayırdı. Qırıcının pilotu katapult edib. Onun axtarışı davam edir”, – deyə məlumatda qeyd olunub.