Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayacaqbackend

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana birbaşa uçuşlara başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.

TİA.AZ  xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Red Wings”in baş direktoru Yevgeni Klyuçaryov deyib.

Onun sözlərinə görə, aviaşirkət Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycana aviareyslər təşkil edəcək: “Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.

E. Klyuçarev əlavə edib ki, Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycanla yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək.