“RUSİYANIN DAĞILMASINA SƏBƏB OLACAQ 3 AMİL VAR”- General açıqladıbackend

“RUSİYANIN DAĞILMASINA SƏBƏB OLACAQ 3 AMİL VAR”- General açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zaman keçdikcə Ukraynanın bu müharibədə qalib gələcəyi və Kremlin tarixi böhran günlərini yaşadığı hər kəsə məlum olur. Mən inanıram ki, Vladimir Putinin aşkar edilmiş zəif tərəfləri təkcə onun rejiminin deyil, Rusiya Federasiyasının özünün də sonunun başlanğıcını gətirə bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hodges “The Telegraph” nəşrinə müsahibəsində deyib.

Hodges Rusiya Federasiyasının dağılmasına səbəb olacaq 3 amil olduğunu bildirib: “Birincisi, ənənəvi olaraq Kremlin legitimliyinin mərkəzində olan Rusiya ordusuna daxili inamın azalmasıdır. Ukraynadakı rüsvayçılıq artıq demək olar ki, başa çatıb.

Rusiyanın Qara Dəniz Donanması hələ də Krımda gizlənir və donanması olmayan Ukraynaya qarşı heç nə edə bilmir. Bir vaxtlar Rusiyanın maaş təkliflərinə aldanan rus kişiləri indi ordu sıralarına qatılmaqdan ehtiyat edirlər. Nəticədə çeçenlərin və Federasiyanın ucqar ərazilərindəki etnik azlıqların kütləvi şəkildə orduya cəlb edildiyini görürük.

İkincisi, sanksiyaların Rusiya iqtisadiyyatına necə təsir edəcəyidir. Hazırda Rusiya çökən iqtisadiyyatıyla 144 milyonluq əhalisini saxlamaqda çətinlik çəkir.

Rusiya silah ixracından gələn gəlirlərə ümid bəsləyir. Ancaq döyüş meydanındakı məğlubiyyətlərdən sonra indi hansı ölkə onun texnikasını və ya silahını almaqda maraqlıdır?

Belə bir iqtisadi böhran, Rusiyanın sonunu gətirə bilər.

Üçüncüsü, Rusiyanın əhalisinin get-gedə azalmasıdır. Rusiya Böyük Britaniyadan 70 dəfə böyük əraziyə sahib olsa da, əhali baxımından cəmi iki dəfə onu üstələyir.

Hesab edirəm ki, bütün bu amillər Moskvan çətin iqtisadi kompromislərə getməyə məcbur edə bilər”.