Rusiyanın bu sanksiyalara tab gətirməsi mümkün deyil, 1-2 aya… – Ekspertbackend

Rusiyanın bu sanksiyalara tab gətirməsi mümkün deyil, 1-2 aya… – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəyə qarşı iqtisadi sanksiyaların sayı artmaqda davam edir. Rusiyanın sonacan bu sanksiyalara tab gətirməsi mümkün deyil. Ancaq bu o demək deyil ki, Rusiya iqtisadiyyatı 1-2 aya çökəcək. Yox, bu tezliklə baş verməyəcək, proses aylar çəkə bilər.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
İqtisadçı qeyd edib ki, getdikcə Rusiyada daha ağır vəziyyət yaranacaq. İlin sonuna yaxın bu ölkədə kəskin pisləşmiş iqtisadi vəziyyət müşahidə olunacaq:
“Hələlik Rusiyanın ehtiyatları var. Daxili bazarı qorumaq üçün müəyyən imkanlar mövcuddur.Ancaq rus rublu dəyərdən düşüb, işsizlik yaranıb, iqtisadi münasibətlər tamamilə pozulub. Zamanla ölkədə bunun ağır fəsadları özünü biruzə verəcək”.