Rusiyanın bombaladığı teatrda ürəkparçalayan yazı: Burada uşaqlar varbackend

Rusiyanın bombaladığı teatrda ürəkparçalayan yazı: Burada uşaqlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya ordusunun bombaladığı teatr binasında ürəkağrıdan görüntü üzə çıxıb.
TİA.AZ xəbər verir ki, Rusiyanın Ukraynaya hücumunun 22-ci günündə rus ordusu hücumların intensivliyini artırıb.
Rus ordusunun döyüş təyyarələri yüzlərlə ukraynalı mülki şəxsin gizləndiyi teatr binasını bombalayarkən peyk görüntülərində ortaya çıxan bir detal diqqət çəkib.
Sığınacaq kimi istifadə edilən binanın havadan görünən görüntüsündə rus dilində “uşaq” yazıldığı görülüb. Mülki sakinlər bu mesajla binada uşaqların olduğunu izah etmək istəsələr də, rus əsgərləri bunu görməzdən gəlib.
Mariupol Bələdiyyəsi tərəfindən verilən açıqlamada şəhərin ən böyük Dram Teatrının Rusiya bombardmanının hədəfi olduğu və bu hərəkətlərin heç vaxt bağışlanmayacağı vurğulanıb.
Ukraynadan verilən açıqlamada bildirilib ki dinc sakinlərə qarşı edilən haqsızlığı yalnız soyqırım adlandırmaq olar: “Düşmən qocaları, qadınları və uşaqları hədəfə alır. Bunlar tamamilə silahsız müdafiəsiz dinc sakinlərdir. Rus işğalçılarının yeganə hədəfi Ukrayna xalqına qarşı soyqırım törətməkdir. Biz bunu heç vaxt bağışlamayacağıq və unutmayacağıq”.
Qeyd edək ki, 450 min əhalisi olan Mariupol rus işğalında ən çox hədəf alınan şəhərdir.