Rusiyanın avtomobil sənayesi çökür – “Payızda tətillər, etiraz aksiyaları sürətlənəcək”backend

Rusiyanın avtomobil sənayesi çökür – “Payızda tətillər, etiraz aksiyaları sürətlənəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qərbin sanksiyalarının ən çox təsir etdiyi sahələrdən biri də Rusiyanın avtomobil sənayesidir. Hazırda AvtoVAZ-ın istehsal gücünün 6 faizi istifadə olunur, UAZ aprelin 30-dan avtomobol istehsalını dayandırır, KaMAZ-ın istehsalında isə problemlər yaranıb, Toyota, Nissan, Volkswagen və digər xarici şirkətlər ölkədə avtomobil yığılmasını məhdudlaşdırıb”.

TİA.AZ xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat verib.

O, rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin mart ayında ölkədə avtomobil istehsalı ötən ilin mart ayı ilə müqayisədə 70,5 faiz, əvvəlki ayla müqayisədə 60,5 faiz azalıb, apreldə istehsalın ötən ill müqayisədə 80 faizdən də çox azalacağı proqnozlaşdılır.

“Bu tendesiya Rusiyada yeni avtomobillərin qiymət bahalaşmasına, köhnə avtomobillərə də xidmət xərclərinin artmasına gətirib çıxarıb”, – o qeyd edib.

Q.İbadoğlunun sözlərinə görə, eyni problem bir neçə aydan sonra Rusiya aviasiya və gəmiqayırma sənayesində də müşahidə olunacaq: “Komplektləşdirici hissələrin təminatında yaranmış problemlər texnoloji məhsul istehsalının daynmasına və məhdudlaşdırılmasına gətirib çıxaracaq ki, bu da milyonlarla iş yerlərinin bağlanması deməkdir. Ən geci payızda Rusiyada tətillər və sosial-iqtisadi tələblərlə etiraz aksiyaları kütləviləşəcək. Bu situasiya Azərbaycan avtomobil bazarını da təsirləndirəcək və qiymətlərə artırıcı təsir göstərəcək”.