Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərə icazə qərarı ləğv edildibackend

Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərə icazə qərarı ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 5 şəhərindən Azərbaycana aviareyslərin həyata keçirilməsi üçün verilmiş icazələri geri çağırıb.

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinə istinadən xəbər görə, qurumun martın 23-də iclası keçirilib. İclasın nəticəsində aviareyslərin həyata keçirilməsi üçün verilmiş bir sıra icazələrlə bağlı qərar qəbul edilib.

“İjavia” aviaşirkətinə məxsus Həştərxan-Bakı, Volqoqrad-Bakı, Ulyanovsk-Bakı, Rostov-na-Donu-Bakı aviareysləri üçün verilmiş icazələri aviaşirkətin ərizəsi əsasında geri çağırıb. Bu cür qərar “Red Wings” aviaşirkətinin Krasnoyarsk-Bakı aviareysinə də tətbiq edilib.

Agentlik “Red Wings” aviaşirkətin müraciəti əsasında eyni qərarı verib.