Rusiyanın 2 təyyarə və 2 helikopteri vuruldubackend

Rusiyanın 2 təyyarə və 2 helikopteri vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 2 Su-25 təyyarəsini, Ka-52 və Mi-24 helikopterlərini, həmçinin 5 pilotsuz təyyarəsini məhv edib.
TİA.AZ Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.
“Gün ərzində quru qoşunlarının hərəkətinə dəstək məqsədilə Müdafiə Qüvvələrinin aviasiyası düşmənin dayaq məntəqələri, canlı qüvvə və texnikasının cəmləşdiyi ərazilərə 30-dan çox zərbə endirib. Ukraynanın hava hücumundan müdafiə bölmələri müxtəlif istiqamətlərdə 2 Su-25 təyyarəsini, 2 helikopterini (Ka-52 və Mi-24), həmçinin 5 pilotsuz təyyarəsini məhv edib”, – deyə məlumatda bildirilir.
Bundan başqa qeyd olunur ki, Rusiya hərbçilərinin cəmləşdiyi rayonlarda komanda məntəqələri, yanacaq-sürtkü materialları anbarı, xeyli canlı qüvvə, silah-sursat və hərbi texnika zərərsizləşdirilib.