“Rusiyanı qan gölündə boğarıq” – Ukraynalı generalbackend

“Rusiyanı qan gölündə boğarıq” – Ukraynalı general

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “Qlavred”ə yazdığı məqalədə hərbi əməliyyatların başlanacağı təqdirdə Ukraynanın Rusiya üçün “qan vannası təşkil edəcəyini” bildirib.

Ovqat.com-un məlumatına görə, Romanenko yazıb:

“Əlbəttə, onlar (Rusiya Silahlı Qüvvələri) hücuma hazırlaşırlar, lakin Putin müharibəyə başlasa, o zaman Rusiya Ukraynada “qanlı hamam”a girəcək”.

Ukraynanın sabiq hərbi lideri son bir neçə həftə ərzində Rusiyanın “qoşunlarını sərhədə çəkdiyi” barədə məlumatlara münasibət bildirərək deyib: “Ümumiyyətlə, sərhəddə yeni cəmləşmə təhlükəlidir və lazım gələrsə, Ukrayna hərbi vəziyyət elan etməyə hazır olmalıdır”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı münasibətlər “Qazprom”un bu ölkəyə qaz nəqlini azaltması, yaxın dövrlərdə enerji axışının ümumiyyətlə dayandırılması riski ilə gərginləşib. Ukrayna qoşunlarının Donbassda hərbi əməliyyat keçirməsi Rusiyanın sərhədə qoşun toplaması ilə nəticələnib. Qərb mediasının bu barədə məlumat yaymasından sonra Zelenskinin hökuməti Moskvaya xəbərdarlıq etmişdi ki, Ukrayna ilə müharibə olacağı təqdirdə Rusiyaya məğlubiyyətə uğrayacaq.