RUSİYANI GÖZLƏYƏN FƏLAKƏT: QITLIQ, QADAĞA VƏ… – İQTİSADÇI AÇIQLADIbackend

RUSİYANI GÖZLƏYƏN FƏLAKƏT: QITLIQ, QADAĞA VƏ… – İQTİSADÇI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Rusiyadan götürə bildiyi faydadan 15-17 dəfə artıq Qərbdən faydalanır. TİA. Az bildirir ki, iqtisadçı Eldəniz Səlimov Pekin – Moskva əlaqələrini belə şərh edib. Onun fikrincə, Çin 17 dəfə az bəhrəni seçəcək qədər ağılsız deyil: ”
Qərb, ələxüsus Amerika sanksiyaları ilə üz-üzə gəlmək riskləri ciddidir.
Çin bu situasiyanı problemə yox, fürsətə çevirəcək. Qərblə açıq və ya gizli danışıqlar yolu ilə qərbin tərəfində olmağı qarşılığında hansısa dividentlər əldə etmək imkanını qaçırmaz.
Lap tutaq ki, Çin Rusiyaya qucaq açdı. Rusiya onun qolları arasına sıxacaqmı? Xeyr! Çin tək başına Rusiyanı idxal-ixracı qarşılamaq potensialında deyil. Hətta bu potensial olmuş olsa belə, bəs hazırda idxal-ixrac əməliyatları etdiyi ölkələr qarşısında olan öhdəliyi necə olacaq?”
Ekspert qeyd edir ki, dünya nəhəngləri ilə böyük müqavilələri pozacaq qədər ağılsız deyil:”
Belarus? Ya Ermənistan? Yoxsa orta Asiya? – Bunların özlərininin gününə 100 dəsmalla ağlayan lazımdır.
İran və Venesuelanın bəxti gətirdi. Pis və daha pis arasında seçim edən Qərb pisi seçib, onun sanksiyasını azaldacaq.
Yaponiya Kuril adalarına görə hələ dişlərini qıcayıb, fürsət gözləyir. ABŞ ora nüvə silahı atanda ruslar bu adaları zəbt etmişdi. Rusiya ilə 77 ildir ki sülh müqaviləsi bağlamadıqlarını nəzərə alsaq, o tərəfdə də vəziyyət aydındır.
Çin Rusiya ərazisində 7 milyona yaxın çinlinin məskunlaşdırıb. Bu digər bir potensial “çat”dır.
Fitch Ratings Rusiya iqtisadiyyatını “C” səviyyəsinə endirib. Yəni defolt olmağın bir addımlığındadır. Digər proqnozlarda isə aprelin ortalarında defolt (müflis) ehtimalı böyükdür.
Bu proqnozlar həqiqətə çox yaxındır. Ehtiyatların 70%-dən çoxu bir başa sanksiyada, ölkə də 130 milyard dollardan artıq qızılı satmaq imkanları məhdudlaşdırılıb, ölkəyə idxal-ixrac iflic olunub, əksər malların sonunca partiya kimi idxalı reallaşdırılır, anbarlarda qalan məhsullar hədsiz dərəcədə baha təklif olunur, artıq bəzi marketlərdə satış limitlə həyata keçirilir, yaxın 6 ay ərzində ölkədə dollar satışına qadağa qoyuldu.

Qadağalar, problemlər, qıtlıqlar ardı ardına gələcək. Bu hələ başlanğıcdır”.

TİA. Az