“Rusiyanı FTX-DTX idarə edir” – Milyarder Xodorkovski hesabat hazırladıbackend

“Rusiyanı FTX-DTX idarə edir” – Milyarder Xodorkovski hesabat hazırladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada vaxtilə Dövlət Təhlükəsizlik Komitəsi (DTK-KGB) kimi tanınan Federal Təhlükəsizlik Xidməti cəmiyyətin təhlükəsizliyini təmin edən təşkilatdan öz üzərinə “ikinci hökumət” funksiyasını götürmüş yarımkriminal struktura çevrilib. Bu qurum cəmiyyətin və dövlət həyatının demək olar, bütün sferalarına müdaxilə edir.

“AzPolitika.info” “Açıq cəmiyyət” saytına istinadən xəbər verir ki, bu qiymətləndirmə“Dosye” mərkəzinin yenicə açıqlanmış“ Lubyanka Federasiyası. FTX Rusiya siyasətini və iqtisadiyyatını necə yönləndirir” adlı hesabatında verilib. Hesabatın hazırlanması təşəbbüsü YUKOS neft şirkətinin keçmiş sahibi Mixail Xodorkovskiyə məxsusdur.

Hesabatda deyilir ki, FTX prezident Vladimir Putin və onun idarəetmə sisteminin əsas dayağıdır. Bu da iddia edilir ki, FTX son on ildəəsas etibarilə zorakıüsullarla bütün dövlət təsisatlarınıözünə tabe etdirib.

FTX-nin işinə təkcə Putin yox, onun yaxın çevrəsinə daxil Nikolay Patruşev, İqor Sechin, Sergey Çemezov və başqaları rəhbərlik edirlər. Onların bir çoxu keçmiş DTK-KGB zabitləridir. Hesabatda deyilir ki, FTX eyni vaxtda həm repressiv, həm də korrupsiya strukturu kimi işləyir.

Müəlliflərinin dediyinə görə hesabatda KGB-nin köküüzərində boy atmış FTX-nin və onun inkişaf etməsində Putin və yoldaşlarının rolu müfəssəl təsvir edilib.

Hesabatda iddia olunur ki, vaxtilə Moskva ətrafında SSRİ DTK-sının balansında olan 126 mülk DTK və FTX-nin yüksək vəzifəli veteranlarına verilib. Bu da vurğulanır ki, bu mülklər əsasən “uçuq daxmalar kimi” bazar qiymətindən xeyli aşağı dəyər-dəyməzinəözəlləşdirilib.

Sonradan DTK-FTX zabitləri bu daşınmaz mülkiyyəti çox baha qiymətlərlə satıblar. Bu da iddia edilir ki, başqaları ilə birlikdə 2008-2016-cı illərdə FTX-nin iqtisadi təhlükəsizlik xidmətinə rəhbərlik etmiş Yuri Yakovlevə və narkotiklərin dövriyyəsinə nəzarət federal xidmətinin keçmiş başçısı Viktor Çerkesova da daça verilib. FTX bu hesabatla bağlı hələki şərh verməyib.