Tribuna İnformasiya Agentliyi

Rusiyalılar internetdə: sorğu nə göstərib?

06 May

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin internetdən istifadə dövriliyini araşdırıb. Bunun üçün yaşı 18-dən yuxarı 1600 respondent arasında telefonla sorğu aparılıb.

Novator.az bildirir ki, sorğunun nəticələrinə görə, 18-24 yaş arası gənclərin 99%-i internetə hər gün girir və 77%-i günün 4 saatını şəbəkəyə sərf edir.

Sorğu göstərib ki, respondentlərin 84%-i internetdən istifadə edir. Onların 69%-i şəbəkədən hər gün, 9%-i həftədə bir neçə dəfə yararlanır.

Sorğu iştirakçılarının 16%-i internetə heç girmədiyini, 11%-i isə həyatını şəbəkəsiz təsəvvür etmədiyini bildirib.