Rusiyalılar bir gündə 7 milyard rubl “yeyirlər” – Ehtiyatlar tükənirbackend

Rusiyalılar bir gündə 7 milyard rubl “yeyirlər” – Ehtiyatlar tükənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Rosstat»ın dərc etdirdiyi məlumatdan görünür ki, cari ilin birinci rübündə rusiyalılar 14,3 trilyon rubl gəlir əldə ediblər, ancaq mal və xidmət almaq üçün 14,904 trilyon rubl xərcləyiblər.

Ekspertlərin qeyd etdiyi kimi, inflyasiyanın kəskin sürətlənməsi və həyat səviyyəsinin enməsi istehlakçıları ehtiyatları «əriməyə» məcbur edir.

«Qiymətlərin gələcəkdə artm sürətini gözləyən insanlar bu hisslərlə «sanki sonuncu dəfə» olduğu kimi istehlak edirlər» – İK «Loko-İnvest»in direktoru Dmitri Polevoy situasiyanı şərh edir.

Bu zaman bank hesablarında və nağdda ehtiyatların ərimə üzrə orta sürəti bir ün üçün 6,7 milyard rubla və ya saatda 280 milyon rubla çatıb. Beləliklə, insanlar real gəlirlərinin enməsinin (birinci rüb üçün -3,6 faiz) davamı olaraq, həm də son 5 ildə inflyasiyanın miqyasının (son 6 ildə ərzaq və dərman bazarında) istehlak səbətinə təsirindən asılı olaraq ehtiyatlarını «əridirlər».

Rəsmi məlumatlara görə, istehlak xərclərinin ümumi həcmi böhrana qədərki dövrlə müqayisədə 2,0 faiz aşağıdır, amma ötən ilin 4-cü rübü ilə müqayisədə enmə demək olar, 3 dəfə yavaşıyıb.

Rusiya Mərkəzi Bankının məlumatına görə, yanvar-mart ayları fiziki şəxslər banklardan 1,217 trilyon rubl yeni kreditlər götürüblər və bununla da borcu bir gündə 13,5 milyard rubl, bir saatda isə 563 milyon rubl sürətilə artırıblar.