Rusiyalı tanınmış siyasətçinin qızının olduğu avtomobil partlayıb – FOTO,VİDEObackend

Rusiyalı tanınmış siyasətçinin qızının olduğu avtomobil partlayıb – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobil partlayıb.

TİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, avtomobildə Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqinin qızı, “United World International”ın baş redaktoru Darya olub.

O, hadisə yerində keçinib. “112” telegram kanalı xəbər verir ki, qəzanın ilkin versiyaları qaz balonunun və ya əldəqayırma partlayıcı qurğunun partlaması olub.

“Mash” kanalı isə bildirib ki, Daryanın olduğu avtomobi yeri vaxtla saat 21:35-də partlayıb, daha sonra yoldan çıxaraq binaya çırpılıb.

Nəşrin skripkaçı Piter Lundstremə istinadən verdiyi məlumata görə, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.

Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən “Ənənə” ailə festivalından qayıdırmışlar.

Moskva vilayətində avtomobil partlayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirirlər.

Ölən şəxs tanınmış politoloq Aleksandr Duqinin qızıdır.Duqin Rusiyanın əsas ideoloqlarından hesab olunur.