Rusiyalı senator ukraynalı ekspertin saqqalından dartdı – VİDEObackend

Rusiyalı senator ukraynalı ekspertin saqqalından dartdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü Frants Klintseviç canlı yayımda ukraynalı ekspert Aleksandr Oxrimenko ilə mübahisə edib.

Oxu.Az xəbər verir ki, mübahisə “Rossiya 1” telekanalının “60 dəqiqə” verilişində baş verib.

Proqramın qonaqları Rusiya qoşunlarının Donbasdakı mövcudluğu ilə bağlı danışarkən Oxrimenko Klintseviçə rahat fikrini ifadə etməyə mane olub, tez-tez sözünü kəsib.

Buna dözməyən rusiyalı senator ukraynalı ekspertə yaxınlaşaraq saqqalından dartıb və “qara ciyəri də əlimlə yoxlaya bilirəm” deyib.

Verilişin aparıcısı Olqa Skabeyeva Klintseviçə dəstək olub və ukraynalı eksperti tərbiyəsiz adlandırıb.