Tribuna İnformasiya Agentliyi

Rusiyalı qız keşişin üzərinə “kislota” atdı

07 Dekabr

Rusiya vətəndaşı Nikaraquadakı kilsələrdən birində ürəyini açdığı keşişin üzərinə sulfat turşusu (“kislota”) atıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı yerli KİV-lər məlumat yayıb.

Bildirilib ki, Elis Leonidovna Qonn əlindəki turşunu Mario Qevarın üzərinə atıb. Keşiş əlindən, üzündən və bədənin digər yerlərindən yanıq xəsarəti alıb.

Qeyd edilib ki, hücum Nikaraqua prezidentinin keşişlərin xalqın etirazına səbəb olmasını açıqlamasından sonra baş verib.