Rusiyalı milyarder üsyan etdi: “Generallar “poxmeldən” ayılından sonra…”backend

Rusiyalı milyarder üsyan etdi: “Generallar “poxmeldən” ayılından sonra…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Biznesmen və “Tinkoff Bank”ın qurucusu Oleq Tinkov növbəti dəfə Ukraynadakı müharibəyə qarşı çıxıb. Onun fikrincə, rusların 90 faizi Ukraynanın işğalını dəstəkləmir.
TİA.AZ xəbər verir ki, bu barədə “The İnsider” məlumat yayıb.
“Mən bu fəlakətli müharibədən bir nəfər də olsun faydalanan görmürəm! Günahsız insanlar və əsgərlər ölür. “Poxmellə” yuxudan oyanan generallar anladılar ki, onların zibil ordusu var. Ölkədə hər şey nippotizm, nökərçilik və qulluqçuluğa qərq olubsa, ordu necə yaxşı ola bilər? Kreml rəsmiləri yayda nəinki onların, hətta uşaqlarının da Aralıq dənizinə getməyəcəyindən şoka düşüblər. İş adamları qalan bizneslərini xilas etməyə çalışırlar… Təbii ki, “Z”ni çəkən axmaqlar var, amma hər ölkədə 10 faiz axmaq olur. Rusların 90 faizi bu müharibəyə qarşıdır!”, deyə biznesmen “Instagram” səhifəsində yazıb.
Xatırladaq ki, fevral ayının sonlarında da Tinkov bu mövzu ilə bağlı çıxış edib. “İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu ağlasığmaz və qəbuledilməzdir! Ölkələr pulu müharibəyə deyil, insanların müalicəsinə, xərçəngə qalib gəlmək üçün tədqiqatlara xərcləməlidir. Biz bu müharibəyə qarşıyıq!”, deyə Tinkov yazıb.