“Monako” klubunun prezidenti, rusiyalı milyarder Dmitri Rıbolovlevsaxlanılıb.
Oxu.Az xəbər verir ki, Monakonun sorğusu əsasında saxlanılan biznesmen korrupsiya əməllərində və nüfuz alverində ittiham olunur.
Bildirilir ki, Rıbolovlev UEFA Çempionlar Liqasının “Monako” – “Brüqqe” oyunu öncəsi tutulub.
Hazırda onun Monakodakı evində axtarış aparılır.