Tribuna İnformasiya Agentliyi

Rusiyalı diş ağrısına görə intihar etdi

10 Oktyabr

Comtendə cəsədi tapılan rusiyalı turistin diş ağrısına görə intihar etdiyi bildirilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Pattaya One News” nəşri məlumat yayıb.

Polisləri hadisə yerinə 46 yaşlı turistin qızı və dostu çağırıb. Qapını sındıran polis kişinin cəsədini aşkar edib.

Məlum olub ki, kişi beş ay əvvəl Tailandda qızı və dostları ilə istirahətə gəlib. O, evdə tək qalıb və intihar etmək niyyəti ilə bağlı heç vaxt danışmayıb. Eyni zamanda, o, dəhşətli diş ağrısından əziyyət çəkib.