Rusiyalı deputat Tiflisə qaçdıbackend

Rusiyalı deputat Tiflisə qaçdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Novosibirsk şəhər şurasının üzvü, müstəqil deputat Helqa Piroqova barəsində cinayət işi açıldıqdan sonra Gürcüstana qaçıb.

TİA.AZ  xəbər verir ki, bu barədə millət vəkilinin özü social şəbəkə hesabında yazıb.O bildirib ki, iyulun 25-də Rusiya İstintaq Komitəsində dindirilməli idi. Buna səbəb Piroqovanın Tvitterdə rusiyalı hərbçilərin dəfn mərasimi ilə əlaqədar yazdığı şərh olub.

“Sözlə ifadə etmək olmur, mən onların hamısını diriltmək, yanaqlarına bərk vurmaq istəyirəm, sonra isə qoy məzarlarına qayıtsınlar. Nahaq yerə onlar üçün dəbdəbəli dəfn qurublar”, – deyə o, dəbdəbəli dəfn üçün hakimiyyətə təşəkkür edən ailənin paylaşımına yazdığı şərhdə qeyd edib.

Araşdırma başladıqdan sonra isə Piroqovanın Tiflisdə olduğu üzə çıxıb.