Rusiyalı deputat öz “iPad”ini tapdaladı – VİDEObackend

Rusiyalı deputat öz “iPad”ini tapdaladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada Yaroslavl şəhər bələdiyyəsinin deputatı Dmitri Petrovski ABŞ-ın anti-Rusiya sanksiyalarına cavab olaraq öz “iPad”ini tapdalayıb.

TİA.AZ  xəbər verir ki, o, bu haqda ötən gün öz “Facebook” səhifəsində videopaylaşım edib.

O, paylaşımında özünün başlatdığı bu etiraz aksiyasına bir çox millət vəkillərinin qoşulmasını da təklif edib:

“Partiya içində söhbət etməyənlər, cavab verməyə hazır olanlar özləri ilə başlamalıdırlar. Və düşünürəm ki, Medvedev və Dövlət Duması sədri Vyacheslav Volodin bu fləş qrupuna qoşulmalıdırlar. Əks halda ədalətli deyil”.

Həmin paylaşıma rəy yazan bəzi istifadəçilər parlamentaridən öz “Facebook” hesabını silməsini istəyiblər.