Rusiyalı bəstəkar-müğənnidən Pirallahı adası haqda maraqlı klip -VİDEObackend

Rusiyalı bəstəkar-müğənnidən Pirallahı adası haqda maraqlı klip –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, həvəskar bəstəkar-müğənni Yaroslav Semyonovu bəlkə də xüsusi təqdim etməyə ehtiyac yoxdur, çünki internetdə Sumqayıtla , Azərbaycanla bağlı onun adına çox rast gəlmək olur.
66 yaşlı Yaroslav Semyonov Azərbaycanla bağlı maraqlı videosüjetləri, özünün ifa etdiyi mahnıları-klipləri öz Youtube kanalında yerləşdirir və bu çoxsaylı izləyicilər tərəfindən maraqla qarşılanır.
Yaroslav Semyonov Azərbaycanla bağlı 50 -dən çox mahnı bəstələyib ifa edib.Onun repertuarında öz mahnıları ilə bərabər Azərbaycan bəstəkarlarının bəstələdiyi çoxsaylı mahnılar da var və bu onun Azərbaycana olan dərin sevgisindən irəli gəlir.
Yaroslav Semyonov vətəndaşı olduğu Rusiyada , başqa ölkələrdə belə Azərbaycanı, onun mədəniyyətini təmənnasız təbliğ edir.
Vətənini tərənnüm edən köhnə sumqayıtlı Yaroslav Semyonov bu dəfə Azərbaycana son səfərində olduğu Pirallahı (keçmiş adı Artyom) adasından hazırladığı reportajı təqdim edib.
Həmin videonu təqdim edirik: