Rusiyalı aktyor transgender sevgilisini doğrayıb çaya atdı – FOTObackend

Rusiyalı aktyor transgender sevgilisini doğrayıb çaya atdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın məşhur aktyoru Yuri Yanovski (Tverski) Tacikistandan olan 24 yaşlı transgenderi öldürməkdə və parçalara ayırmaqda ittiham olunur.

Bu barədə Gazeta.ru xəbər yayıb.

Məlumata görə, 53 yaşlı aktyor cinayət əməlini Sankt-Peterburq şəhərində həyata keçirib.

Yuri Tverski gizli gey cəmiyyətinin üzvü olub. Cari ilin yanvarın 13-də o, transgenderi intim xidmət üçün hotelə dəvət edib. O gəldikdə isə aktyor transgenderin onu yatırtdıqdan sonra qarət etmək istədiyini düşünüb. Buna görə qonağını mətbəx bıçağı ilə bıçaqlayıb. Sonra cəsədi mişarla hissələrə ayırıb və çaya atıb.

İyun ayında isə Sankt-Peterburqdan olan 16 yaşlı məktəbli çayda çimərkən başı və ətrafı olmayan cəsəd tapıb. Gördüklərindən dəhşətə düşən yeniyetmə polis çağırıb.

Hüquq mühafizəçiləri tapıntını görəndə çaş-baş düşüb: cəsəd kişiyə aid olsa da, onda qadınlara məxsus implant sinə olub.

İstintaq müddətində transgenderin daimi müştərisi olan aktyorun izinə düşülüb. O saxlanılıb.