Rusiyadan yeni mürtəce qanun: “Saxta” jurnalistlər cərimə olunacaqbackend

Rusiyadan yeni mürtəce qanun: “Saxta” jurnalistlər cərimə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Dövlət Duması mitinqlərdə jurnalistin fərqləndirici nişanından qanunsuz istifadəyə görə inzibati cəza nəzərdə tutan qanunu ikinci və üçüncü oxunuşda qəbul edib.
TİA.AZ bu haqda “Rosbalt”a istinadla xəbər verir. İnzibati Məcəlləyə edilən dəyişikliyə görə, kütləvi tədbir zamanı bir media nümayəndəsinin fərqləndirici nişanlardan qanunsuz istifadə etməsi 20.000-30.000 rubl arasında cərimə və ya 50 saata qədər məcburi iş ilə nəticələnəcək.
Xatırladaq ki, işarənin növü və təsviri Daxili İşlər Nazirliyi tərəfindən Roskomnadzor və Rusiya Jurnalistlər Birliyi ilə razılaşdırılıb.
Bundan əvvəl Dövlət Duması kütləvi aksiyaların mediada işıqlandırılması qaydalarını sərtləşdirən qanun layihəsi də qəbul edib.