Tribuna İnformasiya Agentliyi

Rusiyadan Stiven Siqala Yeni il hədiyyəsi

26 Noyabr

Yeni il ərəfəsində Hollivud ulduzu Stiven Siqala Rusiya Federasiyasının pasportu təqdim edilib.  

Yeni il ərəfəsində Hollivud ulduzu Stiven Siqala Rusiya Federasiyasının pasportu təqdim edilib.

TİA.AZ-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, aktyor bu hadisənin onun həyatında önəmli yeri olduğunu deyib.

“Atam rus olub. Onun bütün ailəsi Vladivostokdandır. Rusiyanı sevirəm, buraya gəlməyi xoşlayıram”, – deyə Stiven Siqal bildirib.

Aktyor əlavə edib ki, Rusiyada qohumları olmasından qürur duyur.