Rusiyadan milyardlar daşınır – 6 ayda 27 milyardbackend

Rusiyadan milyardlar daşınır – 6 ayda 27 milyard

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Mərkəzi Bankı 2019-cu ilin ilk yarısında Rusiya aktivlərindən kapital axınının miqyasını açıqlayıb.

Axar.az xəbər verir ki, ilk 6 ay ərzində Rusiya şirkətlərinə birbaşa investisiyalar 38% artaraq 11,1 milyard dollara çatıb. Bu, keçən ilin analoji dövründə qeydə alınan göstəricidən 2,7 milyard dollar çoxdur.

Bununla belə kapital axını 2,5 dəfə artıb. Nəticədə kapital axını keçən illə müqayisədə 11,1 milyard dollardan 27,3 milyard dollara çatıb.

Ölkənin beynəlxalq ehtiyatları da 50,2 milyard dollar artaraq 517,1 milyard dollara çatıb.