Rusiyadan gələn tibb işçilərinin bir qrupu Sumqayıtda fəaliyyət göstərəcəkbackend

Rusiyadan gələn tibb işçilərinin bir qrupu Sumqayıtda fəaliyyət göstərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Azərbaycanda olan həkimlərinin bir qrupu Sumqayıta gəlib.

TİA.AZ  xəbər verir ki, rusiyalı mütəxəssislər Sumqayıtda COVID kimi fəaliyyət göstərən şəhər 1 saylı xəstəxanasına cəlb olunub. Onların arasında anestezioloq–reanimotoloq və ixtisaslaşdırılmış tibb bacıları var.

Rusiyalı həkimlər yerli həmkarları ilə birgə COVID-19-a yoluxan xəstələrin müalicəsində iştirak edirlər. Xəstəxanada fəaliyyət göstərən 10 və 15 çarpayılıq reanimasiya və intensiv terapiya şöbələri birləşdirilib.

TƏBİB xəstəxananın reanimasiya şöbəsinin müasir tibbi avadanlıqlarla təchizatını diqqətdə saxlayır.