Tribuna İnformasiya Agentliyi

Rusiyadan çağırış: “Dollardan imtina edək”

11 Avqust

Rusiya digər ölkələrlə aparılan əməliyyatlarda dollardan istifadəyə son qoymalıdır.

TİA.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator İqor Morozov bildirib.

 Morozov Vaşinqtonun yeni sanksiyalarına cavab verməli olduqlarını söyləyib:

“Yeni sanksiyalara cavab verməliyik və ilk növbədə iqtisadiyyatda tərəfdaşlarımızla birlikdə dollardan imtina etməliyik və milli valyutadan yararlanmalıyıq. Bu, yalnız Rusiyanın deyil, iqtisadi müharibədə beynəlxalq ictimaiyyətin cavabı olacaq”.