Rusiyadan Azərbaycana aviabiletlərin qiyməti KƏLLƏ-ÇARXA ÇIXDI – Ən ucuz bilet 15 min manat…backend

Rusiyadan Azərbaycana aviabiletlərin qiyməti KƏLLƏ-ÇARXA ÇIXDI – Ən ucuz bilet 15 min manat…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bu hadisədən sonra çağırışçı yaşında olan şəxslərin ölkədən kütləvi köçü başlayıb.

Əksəriyyət quru yollarla ölkəni tərk etməyə çalışdıqları üçün Gürcüstan, Monqolustan və Qazaxıstan kimi ölkələrə üz tutub. Lakin hava nəqliyyatında da vəziyyət heç də quru yollarından fərqli deyil.

Bizim.Media xəbər verir ki, önümüzdəki günlər üçün Rusiyadan Azərbaycana aviabiletlərin qiyməti astronomik həddə bahalaşıb.

Araşdırmalarımıza görə, sentyabrın 23-24-ü üçün Moskvadan Bakıya və Gəncəyə uçan təyyarələrin biletləri artıq tükənib.

Sentyabrın 25-i üçün Moskva-Bakı maşrutu ilə hərəkət edən təyyarələr üçün ən ucuz aviabilet 9,467 manata təklif olunur. Həmin günü üçün Moskva-Gəncə aviareysi üzrə ən ucuz biletin qiyməti isə 15 min manatdır.  
Sentyabrın 26-sı baş tutacaq aviareyslər üçün də qiymətlər xeyli yüksəkdir. Belə ki, Moskva-Bakı aviareysi üzrə ən ucuz biletin qiyməti 3666 manatdır.  

Həmin gün üçün Moskva-Gəncə reysi üzrə ən ucuz bilet isə 6328 manata təklif olunur.