Rusiyadan Azərbaycan – Ermənistan sərhədindəki gərginliklə bağlı açıqlamabackend

Rusiyadan Azərbaycan – Ermənistan sərhədindəki gərginliklə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya tərəfi Ermənistan – Azərbaycan sərhədindəki hadisənin həlli, gərginliyin səngiməsi prosesində yaxından iştirak edir. Biz Bakı və Yerevanla daim təmasdayıq”.
TİA.AZ xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Bu cür hallar yalnız dinc danışıqlar yolu ilə həll olunmalıdır. Uzunmüddətli çözüm vasitəsi olaraq sərhədin delimitasiyası prosesinə başlamağı, daha sonra isə demarkasiyasını həyata keçirməyi görürük. Rusiya bu işə hərtərəfli kömək etməyə hazırdır” – deyən XİN rəsmisinin fikrincə, Azərbaycan ilə Ermənistan tam dialoqa qayıtmaq və qarşılıqlı etimadı bərpa etmək yolunun hələ əvvəlindədir: “Rusiya Ermənistanla Azərbaycan arasında münasibətləri yoluna qoymaq, Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirmək və regionu rifah bölgəsinə çevirmək üçün hərtərəfli vasitəçilik səyləri göstərir”.