Rusiyadan ayrılmaq istəyən regionlar: onlar hansılardır?backend

Rusiyadan ayrılmaq istəyən regionlar: onlar hansılardır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın bir sıra regionlarında prezident Vladimir Putinin rejimindən narazılıq artır.

Editor.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib. Onun sözlərinə görə, Ukrayna hakimiyyətində Rusiya xüsusi xidmət orqanlarının Rusiya Federasiyası regionlarda keçirdiyi rəy sorğularının məlumatları var. Həmin məlumatlardan aydın olur ki, Rusiyada “müstəmləkə dövlətindən azad olmağa hazır olan” regionlar yaranmağa başlayıb.

“Onlarca belə ərazilər var. Biz başa düşürük ki, belə demək mümkünsə, bütün bu proseslərin başında kim olacaq”, – Danilov bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti bir sıra regionlardakı problemlərdən xəbərdardır, onlar artarsa, bu, Rusiyanın dağılması ilə nəticələnəcək. Üstəlik, Ukrayna praktiki olaraq bu işdə fiziki iştirak etmir, Putin özü öz hərəkətləri ilə Rusiyanı məhv edir”, – Danilov bildirib. O vurğulayıb ki, Putin rejimini dəstəkləməyən ərazilər var və onların faizi getdikcə artır. Onların arasında Tatarıstan birinci, Çeçenistan isə ikinci yerdədir. Qeyd edək ki, sentyabrın 6-da hərbi ekspert Oleq Jdanov Ukraynanın qələbədən sonra Rusiya Federasiyasının bir hissəsini necə ala biləcəyini deyib.