Rusiyadakı xarici şirkətlərin yarısı – ÖLKƏNİ TƏRK EDİBbackend

Rusiyadakı xarici şirkətlərin yarısı – ÖLKƏNİ TƏRK EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların fonunda 243 iri xarici şirkət Rusiya bazarını tərk etməkdən və ya burada fəaliyyətini azaltmaqdan imtina edib.FED.az xəbər verir ki, bu barədə Yel universitetinin yüksək səviyyəli menecerlər arasında apardığı araşdırmada bildirilir.

Bununla yanaşı, araşdırmada məlum olub ki, Rusiyada indiyədək fəaliyyət göstərən 1345 iri şirkətin yarısı ya burada fəaliyyətini dayandırıb, ya da tamamilə ölkəni tərk edib.

Araşdırmada Rusiyada fəaliyyətini dayandırmayan şirkətlər barədə danışarkən bildirilir ki, iri şirkətlər dərk edir ki, sonradan Rusiya bazarına qayıtmaq üçün daha böyük invevstisiya yatırmaq tələb olunacaq.

Belə ki, Fransız sahibkarları ittifaqının rəhbəri Joffrua Ru de Bezye bildirib ki, fransız şirkətləri 60 min iş yerini saxlamaq üçün Rusiyanı tərk etməyəcək.

Belə şirkətlərdən biri olan «Accor» hotelçilik şirkətinin rəhbəri Sebastyen Bazen qeyd edib ki, indiyədək bu şirkət müharibənin əhatə etdiyi ölkələrdə çox işləyib: «50 illik tariximiz ərzində biz bir dəfə də olsuün ölkəni tərk etməmişik, hətta ötən il Myanmada hərbi çevriliş olanda da biz ölkəni tərk etmədik».