Tribuna İnformasiya Agentliyi

Rusiyada zəngin ərəb azarkeşi aldadıb soydular

26 İyun

Ərəbistanından olan futbol azarkeşini aldadaraq ondan iri məbləğdə pul oğurlayıb.

Bu barədə “İnterfaks” məlumat yayıb. Səudiyyə vətəndaşını aldadan şəxs onun və yoldaşlarının Moskvadan Volqoqrada uçuşunu təşkil etmək adı ilə bu məbləğdə pulu ondan qoparıb.

Polisə şikayət etmiş futbol fanatı şübhəli şəxsə xidmətlərə və qalan digər xərclərə görə 110 min dollar və 120 min avro ödəyib. Sonuncu pulları qəbul etdikdən sonra yoxa çıxıb.

İnsidentlə əlaqədar cinayət işi açılıb.(Oxu.Az )