Rusiyada yoluxanların sayı 720 500-ü ötdübackend

Rusiyada yoluxanların sayı 720 500-ü ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada son sutka ərzində koronavirusa 6 611 yeni yoluxma halı qeydə alınıb.

TİA.AZ  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 720 547 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 188 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 11 205 nəfərə yüksəlib.

Ümumilikdə 497 446 pasiyent koronavirusdan sağalıb.