Rusiyada Xeops ehramının oxşarı inşa edildi (VİDEO)backend

Rusiyada Xeops ehramının oxşarı inşa edildi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Pandemiya səbəbindən hazırda bir çox ölkəyə, o cümlədən də Misirə səyahət etmək mümkün deyil. Ancaq Rusiyanın kiçik bir kəndində Misir yaradılıb.
TİA.AZ Euronews-a istinadən xəbər verir ki, Viktoriya və Andrey Vaxruşevlər Sankt-Peterburq yaxınlığında yerləşən İstinka kəndindəki bağ evlərində dünyanın 7 möcüzəsindən biri olan Xeops ehramının dəqiq oxşarını tikiblər. Orjinalından 19 dəfə kiçik olan mini ehramın tikintisində gerçəyindən fərqli olaraq bazaltdan deyil beton piltələrdən istifadə olunur. Hesablar incəliklə aparılır və labirintlər də daxil olmaqla dörd səviyyənin hər biri həsas şəkildə kalibrlənir.
“Burda hər santimetr uğrunda mübarizə aparmışam. Beləliklə, heç 2 santimetr belə artıq-əskiyi yoxdur. İdeal forma budur. Əlbəttə istifadə etdiyimiz bloklar fərqlidir. Amma bu hələ də monolit quruluşdur. Hörgü baxımından diqqətli hesablamalar apardıq, mümkün qədər orjinala oxşaması üçün xüsusi səy göstərdik”, – deyə Andrey Vaxruşev bildirib.
Piramida yerdən 9 metr yuxarı qalxır və bir o qədər də dərinliyə enir. Kənarların hər biri 13 metr uzunluğunda, ümumi ağırlığı isə 400 tona yaxındır. Cütlük 2 il boyu tikilini araşdırıb, bunun üçün dəfələrlə Misirə səfər edib və ötən ilin iyununda tikintiyə başlayıblar.
Qeyd edək ki, Xeops ehramı Misirin məşhur piramidalarının ən böyüyüdür və eramızdan əvvəl 2550-ci illərdə inşa edilib.
Camal