Rusiyada virusa yoluxanların sayı 923 minə çatırbackend

Rusiyada virusa yoluxanların sayı 923 minə çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada son bir gündə daha 4 969 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 922 853 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 68 nəfər artaraq 15 685-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 732 968 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 688 nəfər.