Rusiyada vaksin istehsalı noyabra qaldı –Kütləvi peyvəndləmə nə zaman olacaq?backend

Rusiyada vaksin istehsalı noyabra qaldı –Kütləvi peyvəndləmə nə zaman olacaq?

Rusiyada yeni koronavrusa qarşı iki potensial vaksin hazırlayan tədqiqatçılar istehsalın noyabra planlaşdırıldığını deyirlər. İndiyədək ölkə rəsmiləri vaksinasiya kampaniyasının bundan xeyli qabaq başlanacağını bildirirdilər.

Vektor Virusologiya və Biotexnologiya Dövlət Tədqiqat Mərkəzinin Baş direktoru Rinat Maksyutov avqustun 2-də bildirib ki, bu qurum vaksin istehsalına noyabrda başlaya bilər.

“İstehsalın bu ilin noyabrından başlayacağını gözləyirik. İlin sonu və gələn ilin əvvəlindən azı risk qruplarından olanlar üçün vaksinasiyaya başlamaq, daha sonra daha kütləvi peyvəndləmə barədə danışa bilərik, – Maksyutov “Rossiya-1” televiziyasının “Vesti” proqramına deyib.

Yeni koronavirusa Rusiyada azı 849 min nəfər yoluxub, 14 mindən çox xəstə vəfat edib. Ölkə bu göstəricilərə görə dünyada uyğun olaraq 4-cü və 11-ci yerdədir. Rusiya rəsmiləri vaksinin tətbiqilə bağlı ambisiyalı bəyanatlar verirdilər. Ancaq bir çox kənar ekspertlər bu iddialara skeptik yanaşıblar.

Səhiyyə naziri Mixail Muraşko avqustun 1-də bəyan etdi ki, oktyabrdan ölkədə“geniş vaksinasiya” başlanacaq. O, ilk növbədə müəllimlərə və tibb işçilərinə üztünlük veriləcəyini bildirdi.

Ötən həftə “Reuters” adıçəkilməyən mənbəyə istinadla yazırdı ki, COVID-19 vaksini adına ilk namizəd avqustda rəsmi təsdiqlənəcək. Hazırda Rusiyada təsdiqlənməyə iki vaksin namizədinin olduğu bildirilir: Vektor-un və Moskvadakı Qamaleya İnstitutunun Müdafiə Nazirliyi ilə birgə hazırladığı vaksinlərin. İndiyədək bu fəaliyyətlə bağlıçox az detal təsdiqlənib.

Dünya üzrə isə 100-dən artıq potensial vaksin hazırlanma mərhələsindədir. Yeni koronavirus dünyada azı 689 min nəfərin həyatına son qoyub, yoluxma sayı 18 milyonu keçib.

Bir çox tədqiqatçılar virusa qarşı vaksinin ən tezi bu ilin sonuna hazır ola biləcəyini deyirlər.

BirləşmişŞtatların yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Anthony Fauci iyulun 31-də ABŞ Konqresində ifadəsində COVID-19 vaksinlərinin Rusiya vəÇində hazırlanması xəbərlərindən narahatlığını ifadə edib.

“Çox ümid edirəm ki, çinlilər və rusiyalılar vaksini kiməsə vurmaqdan öncə onu həqiqətən sınaqdan keçirəcəklər, Fauci vurğulayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki