Rusiyada Vahid səsvermə günü bitibbackend

Rusiyada Vahid səsvermə günü bitib

Rusiyada Vahid səsvermə günü başa çatıb. Sonuncu seçki məntəqələri saat 21:00-da bağlanıb. Qanunvericiliyə görə, Rusiyada Vahid səsvermə günü sentyabrın ikinci bazar günü (Dövlət Dumasına seçkilər zamanı sentyabrın 3-cü bazar günü) keçirilir. Bu il koronavirus pandemiyası ilə əlaqədar olaraq məntəqələrdə sıxlıq yaranmaması üçün səsverməyə 2 gün ayrılması qərara alınıb.

Seçkilərin nəticələrinə əsasən 78 mindən çox mandat dəyişdiriləcək. Dörd regionda (Tatarıstan, Kurskaya, Penzenskaya və Yaroslavskaya vilayətləri) Dövlət Duması deputatlarının əlavə seçkiləri, 11 regionda qanunvericilik orqanının millət vəkillərinin seçkiləri, 18 regionda yüksək vəzifəli şəxslərin birbaşa seçkiləri, Nenetsk və Xantı-Mansiysk muxtar dairələrində isə bölgə rəhbərlərinin seçkiləri keçirilir.

Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilovanın dəyərləndirməsinə görə, seçkilər açıq və şəffaf rəqabət şəklində keçib. Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoyun sözlərinə görə isə, “ölkədə istənilən səviyyədə seçkilərin gedişinə təsir göstərə biləcək” ictimai qayda pozuntusu qeydə alınmayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki