Rusiyada terror aktının qarşısı alındı – Ölənlər varbackend

Rusiyada terror aktının qarşısı alındı – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Yekaterinburq şəhərində terror aktı hazırlayan üç silahlı xüsusi əməliyyatın gedişatında məhv edilib.

Bu barədə TASS-a Terrorçuluğa qarşı Milli Komitənin informasiya mərkəzində bildirilib.

“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda terror aktlarına hazırlığın qarşısını alıb. Yekaterinburqun Çkalovsk rayonunda antiterror əməliyyatı keçirilib. Əməliyyatın gedişatında terror fəaliyyətinə cəlb olunmuş üç quldur zərərsizləşdirilib”, – komitədə bildirilib.

Əməliyyatın keçirildiyi yerdə əldəqayırma partlayıcı qurğular, silah-sursat aşkar edilib.