Rusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər var -VİDEObackend

Rusiyada təbii fəlakət: yüzlərlə tikili yandı, aralarında uşaqlar olmaqla ölənlər var -VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Krasnoyarsk diyarında 200-ə yaxın tikili, o cümlədən uşaq bağçası və daş karxanası yanır, qurbanlar var.

Bu barədə Krasnoyarsk diyarı üzrə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, beş nəfər həlak olub, onlardan ikisi uşaqdır.

Güclü külək vəziyyəti daha da pisləşdirib. Şəhərlər tüstü-dumana bürünüb. Yollarda görüntü, demək olar ki, sıfıra enib. Yerli hökumət sakinlərə çölə çıxmamaq və pəncərələri bağlamaq barədə çağırış edib.

Regionda fövqəladə vəziyyət elan olunub.