Rusiyada sui-qəsdlər dalğası – “Lukoil” sədrinin MÜƏMMALI ÖLÜMÜbackend

Rusiyada sui-qəsdlər dalğası – “Lukoil” sədrinin MÜƏMMALI ÖLÜMÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, Moskvada Mərkəzi Klinik Xəstəxananın pəncərələri altında “Lukoil”un Direktorlar Şurasının sədri Ravil Maqanovun cəsədi tapılıb.
 
Onun ölümü ilə bağlı xəbərlər müxtəlif cür təqdim olunur.
 

 

Rusiyada bəzi saytlar onun pəncərədən yıxıldığını, digərləri isə özünü xəstəxananın 6-cı mərtəbəsindən atdığını yazırlar. Məsələn, REN TV bildirib ki, iş adamı Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən yıxıla bilər. Hələlik Maqanovun ölümünün tam təfərrüatı məlum deyil. Yalnız o qeyd olunur ki, “Lukoil”un Direktorlar Şurasının sədri xəstəxanada müalicə alırmış.
Bakupost.az xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər. Hadisənin səbəbləri və baş vermə şəraiti araşdırılır.
Bununla belə Maqanovun ölümünün müəmmalı olduğu barədə fikirlər geniş yayılıb.
Xüsusən qeyd olunur ki, bu, Rusiyanın enerji sektorundakı iri şirkətlərinin top-menecerlərinin son vaxtlar ən azı beşinci “intiharıdır”. Bu intiharlar barədə bir qədər sonra məlumat verəcəyik.
Hələlik qısaca olaraq, tatar əsilli Ravil Maqanovun bioqrafiyasına nəzər salaq.
O, 1954-cü ildə Tatarıstan Respublikasının Almetyevsk şəhərində anadan olub.
1977-ci ildə neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi üzrə dağ-mədən mühəndisi ixtisası üzrə Qubkin adına Moskva Neft-Kimya və Qaz Sənayesi İnstitutunu bitirib.
1977-82-ci illərdə operator, usta, mühəndis-texnoloji xidmətin böyük mühəndisi, neft yatağının rəisi, quyuların əsaslı təmiri və yeraltı təmir sexinin rəisi vəzifələrində işləyib.
1984-85-ci ilərədə “Yamaşneft” və “Uryevneft”in baş mühəndisi, “Uryevneft” NQÇİ-nin rəisi işləyib.
1988-93-cü illərdə “Langepasneftqaz”da baş mühəndis, baş direktorun müavini, baş direktor vəzifələrində işləyib.
1994-cü ildə “Lukoil” şirkətinin birinci vitse-prezidenti, 2020-ci ildə “Lukoil”un Direktorlar Şurasının sədri təyin edilib. “Şərəf Nişanı” ordeni ilə təltif edilib. Ailəli olan Maqanovun bir oğlu, bir qızı vardı.
Maqanovun tərcümeyi-halından da göründüyü kimi, o, son 28 ildə “Lukoil”də çalışıb. O da maraqlıdır ki, bu ilin mayında elə həmin “Lukoil”in keçmiş top-meneceri, milyarder Aleksandr Subbotinin ölümü ilə bağlı xəbər yayıldı.
Onun Moskvada şaman seansı zamanı öldüyü açıqlandı.
Bu hadisənin də xeyli müəmmalı olduğu indiyə kimi müzakirə olunmaqdadır. Rusiya və Ukrayna KİV-də bu mövzuya həsr olunan məqalələrdə bildirilir ki, Rusiyanın Ukrayna cəbhəsində uğursuzluğundan sonra əvvəlcə hərbi və müdafiə sənayesi sahəsində bir sıra fiqurlar – generallar, yüksək vəzifəli məmurlar ya vəzifədən uzaqlaşdırıldı, ya həbs olundu, ya da onların haqqında “intihar etdi” xəbərləri yayıldı. Daha sonra isə müəmmalı intiharlar dalğasının neft-qaz sektoruna keçdiyi barədə xəbərlər yayılmağa başladı.
İlk ölü tapılan məşhur ism Leonid Şulman idi. O, “Qazprominvest”in nəqliyyat xidmətinin rəhbəri idi. Ardınca “Qazprom”un baş direktorunun müavini Aleksandr Tyulyakovun meyidi tapıldı. Onun da intihar etdiyi bildirildi. Bu il aprelin 17-də isə “Qazprombank”ın keçmiş prezidenti Vladislav Avayevin, həyat yoldaşı və qızının meyiti tapıldı. Bildirdilkər ki, guya o, arvadı və qızını öldürdüksən sonra özünə qəsd edib. Növbəti gün isə İspaniyada Segey Protaseviçin meyiti tapıldı. O, təbii qazın istehsalı üzrə ixtisaslaşan böyük şirkətlərdən brinin – “Novatek”in keşmiş baş mühasibi idi…
Qısa vaxtda təkcə neft-qaz sektorunda 6 mühüm fiqurun “intihar”ı istər-istəməz bu sui-qəsdlər dalğasının xüyli müəmmalı olduğu qənaətini yaradır. Görünür, Rusiyanın başladığı amansız müharibə onun üçün təkcə ön deyil, arxa cəbhədə də ciddi itkilər hesabına başa gəlir.