Rusiyada səfərbərliklə orduya gedənlər fantastik məbləğdə PUL ALACAQLARbackend

Rusiyada səfərbərliklə orduya gedənlər fantastik məbləğdə PUL ALACAQLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyada qismən səfərbərliklə orduya cəlb edilən ruslar ayda 205 min rubldan (5730 AZN, 3370 ABŞ dolları) çox maaş alacaqlar.
Bu məbləği Yakutiyanın hərbi komissarı Aleksandr Avdonin açıqlayıb.

“İlk növbədə, hərbi xidməti bitirmə müddəti 3 ili keçməyən vətəndaşlar Rusiyanın regionlarında qismən səfərbərliyə çağırılırlar”, – deyə o izah edib.
Avdonin bildirib ki, səfərbərliyə çağırılan bütün vətəndaşlar müqaviləli hərbi qulluqçulara bərabər tutulur, eyni miqdarda pul müavinəti alırlar. Məvacib isə vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq 205 min rubldan başlayacaq.