Rusiyada “quru qanun”un tətbiq edildiyi yer ortaya çıxıbbackend

Rusiyada “quru qanun”un tətbiq edildiyi yer ortaya çıxıb

Rusiyanın Zabaykalsk diyarının Ulyanovka kəndində alkoqol satışı rəsmi olaraq qadağan edilib.

TİA.AZ xəbər verir ki, bu barədə məlumat regional hökumətin rəsmi sayında yayılıb.

Məlumata görə, təşəbbüs yerli hakimiyyət və sakinlərə aiddir. Yaşayış məntəqəsinin girişindəki bannerdə “Ayıqlıq zonası” yazılıb.

Yaşayış məntəqəsinə “ayıq kənd” statusunun verilməsi üçün sentyabrın 12-də təntənəli mərasim keçirilib. Mərasimdə diyarın qubernatoru Aleksandr Osipov da iştirak edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki