Rusiyada quldurluq edən erməni əsilli boksçu həbs edildi – VİDEObackend

Rusiyada quldurluq edən erməni əsilli boksçu həbs edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın erməni əsilli peşəkar boksçusu Arutyun Avetisyan Perovskiy Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

TASS xəbər verir ki, o, Moskvada silahlı hücumda şübhəli bilinərək saxlanmışdı.

Məlumata əsasən, hücum avqustun 4-də paytaxt kafelərindən birinin yaxınlığında baş verib. Avetisyan bir neçə nəfərlə əlbir olub, əvvəlcədən planlaşdırılmış şəkildə Moskva sakininə hücum edib.

Bildirilir ki, idmançı və dəstəsi həmin şəxsi qarət edib, onun 900 min rublunu oğurlayaraq gizləniblər. Bir gün sonra isə cinayətkarlar polis tərəfindən saxlanıb.